Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” monoqrafiyası çapdan çıxıb
18.12.2017 11:25
  • A-
  • A
  • A+

“Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” monoqrafiyası çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “Türkologiya” jurnalının məsul katibi Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” monoqrafiyası çap olunub.

Kitabda türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, iyirminci yüzilliyin başlanğıcından günümüzə qədər davam edən proseslər araşdırılıb. Eyni zamanda, türk xalqları arasında ortaq ünsiyyət dilini formalaşdırmaq üçün əlifba və imla problemlərini həll etmək kimi məsələlər elmi-nəzəri aspektdə tədqiq olunub.

Yeni nəşrdə türk xalqlarının ortaq və ümumi əlifbaya keçməsi yollarının müəyyənləşdirilməsi, nəzərdə tutulan yeni əlifbada türk dillərindəki ortaq səslər üçün istifadə ediləcək ortaq hərflər, ortaq ünsiyyət dili üçün imla məsələlərinin günümüzdə yenidən aktuallığı öz əksini tapıb.

Monoqrafiyadan türkoloqlar, filologiya fakültələrinin bakalavr, magistr və doktorantları faydalana bilərlər.

Monoqrafiyanın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professor Elbrus Əzizov, Kamil Bəşirov və Tünzalə Baxşıyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: