Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Kosmologiyada aləmin əbədi dövranı paradiqması" kitabı çapdan çıxıb
14.12.2017 15:16
  • A-
  • A
  • A+

"Kosmologiyada aləmin əbədi dövranı paradiqması" kitabı çapdan çıxıb

AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, akademik Hətəm Quliyevin "Kosmologiyada aləmin əbədi dövranı paradiqması" kitabı "Elm" nəşriyyatında çapdan çıxıb.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, rəyçiləri N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev və Bakı Dövlət Universitetinin professoru Əziz Məmmədovdur.

Yeni nəşrdə aləmin əbədi dövranı adında yeni elmi paradiqmanın əsasları təqdim olunur. Hesab edilir ki, daha öncədən təklif olunmuş, o cümlədən təqdim olunun paradiqmalar ilkin və sonrakı insan duyğularına əsaslanır. Müxtəlif paradiqmalar arasında fərqlər, əsasən, ikinci duyğuların (yenilənən koqnitiv sistemlərin) nəticələrinın dərk olunma miqyası ilə  bağlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: