www.science.az
14.12.2017 13:53

Alimlər yoqurt tullantılarından bioyanacaq yaradıblar

ABŞ-ın Kornell Universiteti və Almaniyanın Tubingen Universitetinin alimləri yoqurt tullantılarından bioyanacaq yaradıblar. 

www.spbdnevnik.ru saytı xəbər  verir ki, tədqiqatçılar bakteriyaların köməyi ilə süd məhsulunu iki üzvi turşu qarışığına çeviriblər. Həmin qarışığı reaktorlarda emal edən alimlər karbohidrogen sinfindən uzun zəncirli molekullar alıblar. 

Sözügedən molekullar bioyanacaq yaradılması üçün ideal vasitədir. Yoqurtdan emal edilən yeni yanacağı aviasiya mühərrikləri üçün istifadə etmək olar.