www.science.az
14.12.2017 13:32

“Xəbərlər” jurnalının 50-ci sayı işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsi ilə yanaşı, digər elm və təhsil müəssisələrində çalışan əməkdaşların materialları əsasında ildə dörd dəfə çap edilən “Xəbərlər” jurnalının bu ilə olan son nömrəsi işıq üzü görüb.

Yeni sayın Kimya, Biologiya, Fizika, Astronomiya, Coğrafiya və Yubileylər bölmələrində 70 müəllifin 50-ə yaxın elmi məqaləsi dərc olunub.

“Xəbərlər”in 50-ci sayında “Naxçıvan Muxtar Respublikasının qida əhəmiyyətli perspektivli yabanı meyvə bitkilərinin tədqiqi və səmərəli istifadəsi”, “Naxçıvan Muxtar Respublikası şəraitində yonca bitkisinin əsas zərərvericiləri”, “Hava axınının yerin səthi yaxınlığında hərəkət etməsinin şərtləri”, “Günəş küləyinin fiziki və dinamik xüsusiyyətləri”, “Naxçıvan Muxtar Respublikası ərazisində bulaq və kəhriz sularının tərkibi və fiziki-kimyəvi xüsusiyyətləri” və digər mövzularda yazılar oxuculara təqdim olunub.

Nəşrin yubileylər bölməsində isə kimya elmləri doktoru Bayram Rzayevin “Görkəmli kimyaçı Əliəddin Abbasovun 65 illik həyat yolu” adlı məqaləsi yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.