Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan konfrans keçiriləcək
19.12.2017 15:05
  • A-
  • A
  • A+

AMEA-da akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan konfrans keçiriləcək

Dekabrın 21-də saat 11:00-da AMEA-nın Əsas binasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli alimi, ictimai-siyasi dövlət xadimi, Dövlət Mükafatı Laureatı, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə “Həsən Əliyev-110: Torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 7 fevral 2017-ci il tarixli Sərəncamına əsasən baş tutacaq.

İki gün davam edəcək konfransda akademik Həsən Əliyevin ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü vəziyyətinin müəyyənləşməsində müstəsna xidmətlərindən bəhs olunacaq.

Ünvan: Bakı ş., H.Cavid pr., 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: