www.science.az
12.12.2017 15:23

AMEA nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Dekabrın 12-də AMEA Rəyasət Heyətinin üzvləri, institut və təşkilatların rəhbərləri və əməkdaşları müasir müstəqil dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Fəxri Xiyabana gələrək, ulu öndərin məzarını ziyarət ediblər.

Elm xadimləri dahi lider Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə tər gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.