www.science.az
12.12.2017 09:38

“Azərbaycan Astronomiya Jurnalı”nın növbəti nömrələri işıq üzü görüb

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən “Azərbaycan Astronomiya Jurnalı”nın 11-ci cildinin birinci, ikinci və üçüncü nömrələri çap olunub.

Jurnalın bu nömrələrində rəsədxanada aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən 15-dən artıq məqalə Azərbaycan, rus və ingilis dillərində oxuculara təqdim edilir.

Qeyd edək ki, 2006-cı ildən buraxılan “Azərbaycan Astronomiya Jurnalı” ildə üç dəfə nəşr olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.