Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Qarabağ lətifələrinə həsr olunan açıqçalar çapdan çıxıb
12.12.2017 09:15
  • A-
  • A
  • A+

Qarabağ lətifələrinə həsr olunan açıqçalar çapdan çıxıb

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə AMEA-nın Folklor İnstitutunun birgə layihəsi çərçivəsində növbəti açıqçalar çapdan çıxıb.

Qarabağ lətifələrinə həsr olunan açıqçalarda Folklor İnstitutunun əməkdaşları tərəfindən 2012-2015-ci illərdə toplanmış 12-yə qədər seçmə lətifə yer alıb. Açıqçaların mətninin tərtibçisi institutun əməkdaşı İlkin Rüstəmzadə, rəssamı isə “Göyərçin” jurnalının məsul katibi İlqar Mehdiyevdir.

Qeyd edək ki, Qarabağ Azərbaycan folkloruna Abdal Qasım, Aşıq Abbas, Baqi, Kalvalı, Bavış kimi onlarla yeni lətifə qəhrəmanı bəxş edib. Açıqçaların buraxılmasında məqsəd bölgənin zəngin folklor irsini gənc nəslə və Azərbaycana gələn əcnəbi qonaqlara tanıtmaq və təbliğ etməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: