www.science.az
11.12.2017 16:58

Ədəbiyyat Muzeyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılacaq

Dekabrın 12-də saat 14:00-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar “Həmişə bizimlə” adlı anım mərasimi keçiriləcək.

Tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynovun “Azərbaycan ədəbi və mədəni irsinin qorunması və inkişafında Heydər Əliyevin xidmətləri” mövzusunda məruzəsi dinləniləcək.

Anım mərasimində ümummilli lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətindən, müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı tarixi addımlardan danışılacaq.

Ünvan: Bakı şəhəri,  İstiqlaliyyət küçəsi, 53

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.