Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının dahisi kimi” mövzusunda elmi konfrans keçirilib
08.12.2017 10:49
  • A-
  • A
  • A+

“Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının dahisi kimi” mövzusunda elmi konfrans keçirilib

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının dahisi kimi” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, səkkiz əsrdən çox bir müddət ərzində dünya xalqları Nizami Gəncəvi yaradıcılığından qaynaqlanmışlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamını xatırladan alim bu sənədin yeni nəslin dünyagörüşünün inkişaf etməsinə, möhkəmlənməsinə, vətənpərvərlik ruhunda yetişməsinə xidmət etdiyini vurğulayıb.

Daha sonra institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması və aforizmlər”, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun “Nizami Gəncəvinin “Hikmətlər və nəsihətlər” kitabında intibah humanizmi” mövzusunda məruzələri dinlənilib.

Məruzəçilər Azərbaycan xalqının dünya mədəni irsinə bəxş etdiyi görkəmli şəxsiyyətlər sırasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin müstəsna yerindən bəhs ediblər. 

Diqqətə çatdırılıb ki, N.Gəncəvinin zəngin əxlaqi-mənəvi yaradıcılığı gənc nəsillər üçün əsl humanist dəyərlər, vətənpərvərlik, əməksevərlik, xalqa bağlılıq bəxş edən dəyərli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: