www.science.az
08.12.2017 09:16

“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı olan "Elm" qəzetinin növbəti sayı 8 dekabr 2017-ci il tarixində işıq üzü görüb.

Qəzetdə Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfrans, İstehsalat kompleksinin açılış mərasimi, "Qafqaz böyük sarsıntılar şəraitində: tarixi təcrübə, müasir dövr və perspektivlər", “Təbabətdə yeni texnologiyalar”, “Xətainin qılıncı və qələmi” adlı tədbirlər, akademik Vasim Məmmədəliyevin 75 və AMEA-nın müxbir üzvü Qərib Calalovun 80 illik yubileyləri, akademik Akif Hacıyevin 80 illiyinə həsr olunan “Riyaziyyat və mexanikanın müasir problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfrans və yeni nəşrlər haqqında materiallar işıqlandırılıb.

Bundan əlavə, yeni sayda "Torpaq sevgisi ilə yaşayan insan", "Geomorfoloq alim", "Görkəmli alim, böyük müəllimı" adlı məqalələr və digər məlumatlarla tanış olmaq olar.

Qəzetdə, həmçinin «Земля высокого потенциала», «Востребованный инструмент», «Коммуникационный инструмент», «Крупный ученый в области интегральных управлений», «Миллион лет до нашей эры» və s. kimi məqalələr də yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.