Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Azərbaycan və İsrail arasında seysmoloji sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib
08.12.2017 09:59
  • A-
  • A
  • A+

Azərbaycan və İsrail arasında seysmoloji sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib

İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının üzvü, Təl-Əviv Universitetinin professoru Zvi Ben-Avraham AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.

Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və RSXM-nin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonağa Monitorinq Mərkəzində aparılan tədqiqatlarla bağlı ətraflı məlumat verilib.

Görüşdə iki ölkə arasında seysmologiya sahəsində əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: