Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA MEK-də “Elmin innovativ inkişafının informasiya təminatı” kitabının təqdimatı keçirilib
01.04.2014 00:00
  • A-
  • A
  • A+

AMEA MEK-də “Elmin innovativ inkişafının informasiya təminatı” kitabının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Elmin innovativ inkişafının informasiya təminatı” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə MEK-in elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova açaraq nəşr olunmuş annotasiyalı elmi biblioqrafik göstərici haqqında ətraflı məlumat verib.

Layihə rəhbəri, kitabxananın əməkdaşı, doktorant Natiq Mürsəlov göstəricinin AR Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə “Gənclər arasında elmi ədəbiyyatın təbliğinin informasiya təminatı” adlı layihəyə əsasən hazırlandığını diqqətə çatdırıb. Qeyd edib ki, nəşrin məqsədi gənc alim və mütəxəssislərin, tələbə və magistrantların elmi-tədqiqat fəaliyyətlərinin biblioqrafik-informasiya təminatını həyata keçirmək, AMEA-da çalışan alimlərin müstəqillik dövründə müxtəlif sahələr üzrə apardıqları tədqiqatların nəticələrini əks etdirən kitab, monoqrafiya, elmi toplu və s. haqqında gənclərə müfəssəl məlumat verməkdir.

Göstəricinin ilk hissəsində “Ulu öndər Heydər Əliyevin gənclər strategiyası”, “Azərbaycanda dövlət gənclər siyasəti” adlı məqalələr, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qısa xülasəsi və “Gənclərin ideyalarının dostu: Azərbaycan Gənclər Fondu” adlı məlumat xarakterli materiallar əks olunub. Həmçinin göstəricidə fizika-riyaziyyat, kimya, yer, texnika, biologiya, kənd təsərrüfatı, səhiyyə-tibb, siyasət, tarix və digər elmlər haqqında aktuallıq kəsb edən kitablar sistemli şəkildə və annotasiya ilə təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: