Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan xalqının soyqırımı” adlı sərgi təşkil edilib
31.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan xalqının soyqırımı” adlı sərgi təşkil edilib

AMEA Mərkəzi Elmi Kitabxanasında 1918-ci il 31 mart qırğınlarının 96-ci ildönümünə həsr edilmiş “Azərbaycan xalqının soyqırımı” adlı sərgi təşkil edilib.

Sərgidə ermənilərin törətdikləri kütləvi qırğınlar, vəhşiliklər, soyqırım və təcavüz siyasətinin mahiyyətini əks edirən ədəbiyyat nümayiş etdirilib.

Bir neçə bölmədən ibarət olan sərgi “Qanlı illər” bölməsinə həsr edilmiş ədəbiyyatla başlayır. M.M.Nəvvabın “1905-1996-cı illərdə erməni-müsəlman davası”, M.S.Ordubadinin “Qanlı illər”, V.Arzumanlının “1918-ci il qırğınları” və bir sıra başqa kitablarda ermənilərin törətdikləri vəhşiliklər öz əksini tapıb.

Deportasiya bölməsində 1905-1918-ci illərdə öz torpaqlarından didərgin salınmış soydaşlarımız barədə C.Qasımovun “Repressiyadan deportasiyaya doğru”, İ.Vəliyevin “Qaçqınlar”, “Fazil Qaraoğlunun 3 cilddə “Ermənilər və həqiqətlər” kimi kitablar sərgilənib.

Qarabağ tarixinə həsr olunmuş “Qarabağ: suallar və faktlar”, N.Nərimanovun “Məktublar və Qarabağ məsələsinə dair sənədlər”, Həmzə Əliyevin “Dağlıq Qarabağ həqiqətləri” və başqa kitablar yer alıb.

Sərgidə Azərbaycan, rus, Şərq və Qərbi Avropa dillərində 200-dən çox ədəbiyyat, həmçinin soyqırım həqiqətlərini əks etdin fotomateriallar, videogörüntülər nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: