Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da “I Universitetlərarası Azərbaycan tarixi” yarışması keçirilib
04.12.2017 10:10
  • A-
  • A
  • A+

AMEA-da “I Universitetlərarası Azərbaycan tarixi” yarışması keçirilib

Bakı Mühəndislik Universitetinin “Qarabağ” tarix klubunun və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı, Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə “I Universitetlərarası Azərbaycan tarixi” yarışması baş tutub.

Muzeydə baş tutan tədbirdə məqsəd tələbələrin tarix fənninə marağını artırmaq olub.

11 komandanın iştirak etdiyi yarışda "Nə? Harada? Nə zaman?" tipində məntiq, dünyagörüşü və tarixə dair 24 sual iştirakçılara təqdim edilib.

Yekun nəticədə müsabiqənin qalibi Bakı Mühəndislik Universitetinin "No-name" komandası olub. Həmin universitetin "Adda trophy" komandası 2-ci, Bakı Dövlət Universitetinin "Arbiter" komandası isə 3-cü yerin sahibi olub.

Yarışın qalibi kubok və diplomla, 2-ci və 3-cü yerlərin sahibləri isə diplomla təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: