www.science.az
29.11.2017 10:19

“Türk dillərinin qədim leksikası” adlı monoqrafiya çapdan çıxıb

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Türk dillərinin qədim leksikası” adlı monoq­rafiyası çap olunub.

Əsərdə türk dillərindəki söz köklərinin ilkin strukturu, kök mor­fem­lərdəki mor­­fonoloji dəyişmələrin səbəbləri mü­əy­­yən­ləş­di­ril­ib. Zəngin faktlar əsasında bəzi söz kök­lərinin arxe­tipləri bər­pa olunub, qədim söz formalarının təs­nifatı verilib, ilkin söz yaradıcılığının əsas istiqamətləri təsbit edilib.

Monoq­rafiyanın elmi redaktoru, mərhum akademik, dünya şöhrətli türkoloq Tofiq Hacı­yev­, rəyçiləri professorlar Sevil Mehdiyeva və İsmayıl Məmmədlidir

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.