Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

29.11.2017 10:29
  • A-
  • A
  • A+

“Müasir nağıllar” kitabı nəşr olunub

“Müasir nağıllar” kitabı nəşr olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəis müavini Vüqar Haqverdiyevin uşaqlar üçün yazdığı “Müasir nağıllar” kitabı “Nafta-Press” nəşriyyatı tərəfindən çap olunub.

Kitabın elmi redaktoru görkəmli ədəbiyyatşünas alim, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

Nəşrə müəllifin son illər yazdığı əsərləri, o cümlədən ölkəmizdə Azərbaycan uşaq ədəbiy­yatının inki­şafı ilə bağlı keçirilmiş mötəbər müsabi­qə­lərdə yüksək yerlərə layiq görülmüş nağıllar daxil edilib. 

Kitabda yer almış nağıllar uşaqlar üçün böyük tərbiyəvi əhəmiyyət daşımaqla yanaşı, mövzu, ideya, məzmun və süjet baxımından müasirliyi və orijinallığı ilə seçilir. Müəllif tərəfindən süjetlərə uy­ğun çəkilmiş rəngli şəkillər isə nağıllardakı obrazları və hadisələri daha aydın təsəvvür etməyə kömək edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: