www.science.az
29.11.2017 09:51

“Azərbaycan sikkəsi milli dövlətçiliyimizin rəmzi kimi” kitab-albomu çap olunacaq

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika elmi şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəblinin “Azərbaycan sikkəsi milli dövlətçiliyimizin rəmzi kimi” kitab-albomu çapa hazırlanıb.

Nəşrdə Azərbaycan sikkəsinin tarixi mənbə kimi çoxəsrlik dövlətçiliyimizin ən mühüm atributlarından biri olduğu qeyd edilib. Eyni zamanda, kitab-albomda 2500 il ərzində zərb olunmuş və kəsilmiş bütün Azərbaycan pullarının nümunələri öz əksini tapıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.