Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib
28.11.2017 12:26
  • A-
  • A
  • A+

“Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və AMEA-nın dəstəyi ilə “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, Milli Məclisin deputatları və aidiyyəti dövlət orqanlarının əməkdaşları, AMEA-nın QafqazşünaslıqHüquq və İnsan Haqları institutlarının aparıcı elmi işçiləri, İsrail, ABŞ və Böyük Britaniyadan olan siyasi təhlilçilər, jurnalistlər və tədqiqatçılar iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Dövlət Komissiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar.

Beynəlxalq tədbiri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov açaraq konfransın məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu siyasətin mühüm tərkib hissələri olan tolerantlığın və etnomədəni müxtəlifliyin qorunub saxlanılması, mədəniyyətlərarası dialoqun rolunun artırılması, multikulturalizmin nümunəvi Azərbaycan modelinin təbliği və təşviqidir.

Konfrans mövzu ətrafında məruzələrlə davam edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: