www.science.az
27.11.2017 14:05

Botanika İnstitutunun əməkdaşları Volksvagen Fondunun toplantısında iştirak edib

AMEA-nın Botanika İnstitutu ilə Almaniyanın Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BBBM) arasında imzalanmış razılaşma memorandumu çərçivəsində Volksvagen Fondunun dəstəyilə həyata keçirilən “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” layihəsi üzrə növbəti işçi toplantı Gürcüstanın Tiflis şəhərində təşkil olunub.

Tədbirdə Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, layihənin kordinatoru, Bitkilərin fizioloji ekologiyası laboratoriyasının müdiri, b.ü.f.d. Esmira Əlirzayeva və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov iştirak ediblər.

Toplantı zamanı Azərbaycan tərəfindən layihə çərçivəsində həyata keçirilən işlər və əldə olunan nailiyyətlər məruzə şəklində təqdim olunub. Seçilmiş bitki cinsləri üzərində müasir tədqiqat işlərinin aparılması, institutun gənc mütəxəssislərinin BBBM-də təcrübə keçməsi, müştərək nəşrlər, həmçinin institutun Herbari Fondunda saxlanılan herbari nümunələrinin virtual məlumat bazasına daxil edilməsi üzrə işlərin davam etdirilməsi müzakirə olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.