www.science.az
27.11.2017 10:43

Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin təsnifi

AMEA Nəsimi adıına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin böyük elmi işçisi Zamiq Təhməzovun “Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin təsnifi” adlı kitabı çapdan çıxıb.

Yeni nəşrin redaktorları - professorlar Müseyib Məmmədov və İsmayıl Kazımov, rəyçiləri filologiya elmləri doktoru Məhərrəm Hüseynov və dosent İntizar Salahovadır.

Kitabda müasir Azərbaycan dilinin qrammatik sistemində mühüm yer tutan köməkçi nitq hissələri, onların ümumi və daxili təsnifatında ən çox mübahisələrə səbəb olan məsələlər təhlil edilib. Monoqrafiyada, həmçinin köməkçi nitq hissələrinin təsnifi probleminin türkologiyada və Azərbaycan dilçiliyində qoyuluşuna nəzər salınıb.

Monoqrafiyadan ali məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimləri, doktorant, magistr və tələbələr istifadə edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.