www.science.az
24.11.2017 14:51

“Neft kimyası və neft emalı prosesləri” jurnalı “Thomson Reuters” elmi bazasına daxil edilib

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft kimyası və neft emalı prosesləri” jurnalı “Thomson Reuters” elmi bazasına daxil edilib.

2000-ci ildən nəşr olunan jurnalın əsas məqsədi alimlərimizin tədqiqatları ilə dünya elmi ictimaiyyətinin məlumatlandırıması və nəşrin məşhur elmi informasiya bazalarına daxil edilməsidir.

Jurnalın tərtibatı 2015-ci ildən yeni tələblərə uyğun hazırlanıb və 2017-ci ilin sentyabrından “Thomson Reuters” (Web of Science) “Clarivate Analytics” elmimetrik bazasında yerləşdirilib. Eyni zamanda, jurnal “VİNİTİ”, “İnspec base”, “Clarivate Analytics” kimi müxtəlif biblioqrafik, referativ bazalarda və axtarış sistemlərində yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.