www.science.az
28.03.2014 00:00

Nüvə fizikası sahəsində aparılan tədqiqatların nəticələri müzakirə olunub

AMEA Fizika İnstitutunun direktoru, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycanın səlahiyyətli nümayəndəsi, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov və institutun laboratoriya rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Övsət Abdinov Rusiyanın Dubna şəhərində ezamiyyətdə olublar.

Mütəmadi olaraq ildə iki dəfə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təşkil olunan görüşdə alimlər nüvə fizikası sahəsində apardıqları tədqiqatların nəticələri barədə məlumat veriblər. Müzakirələrdə Ukrayna, Belarus, Polşa, Çexiya, Gürcüstan, Bolqarıstan və digər ölkələrin nümayəndələri iştirak edib.

Səfər çərçivəsində N.Məmmədov və Ö.Abdinov Dubna şəhərində uzunmüddətli tədqiqat aparan AMEA Radiasiya Porblemləri və AMEA Fizika İnstitutunun alimləri ilə də görüşüblər, onların elmi fəaliyyətləri ilə maraqlanıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.