www.science.az
23.11.2017 15:12

Zoologiya İnstitutunun əməkdaşları zəngin parazitoloji materiallar toplayıb

AMEA-nın Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları Dəvəçi limanı, Abşeron yarımadası, Gəncə, Göygöl, Ağstafa, Tovuz, Şabran rayonları və Sankt-Peterburq şəhərində ekspedisiyada olublar. Ekspedisiya zamanı əhli və vəhşi məməlilərdən, bitkilərdən, suda yaşayan heyvanlardan zəngin parazitoloji materiallar toplanıb.

Müvafiq parazitoloji üsullarla tədqiq olunan həmin materiallar 70 və 95 faizli spirtdə, həmçinin üç faizli formalində fiksə edilərək etiketləşdirilib. Helmintoloji materiallar üzərində laboratoriyada aparılan analizlər zamanı növlər müəyyənləşdirilib.

Tədqiqatlar zamanı pavloviski üsulu ilə ağcaqanad sürfələri də əldə edilib, yaxma üsulu ilə preparatlar hazırlanıb. Preparatlar romanovski-gimza üsulu ilə boyanıb.

Tədqiqat işləri davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.