www.science.az
23.11.2017 10:43

Elm və Təhsil İdarəsi tərcüməçi vəzifələrini tutmaq üçün müsabiqə elan edir

AMEA Rəyasət Heyəti aparatı Elm və Təhsil İdarəsinin Elmi tərcümə şöbəsində tərcüməçi vəzifələrini tutmaq üçün müsabiqə elan edir.

Müsabiqədə ingilis, rus, alman və fransız dillərində tərcüməçilik təcrübəsi olan ali təhsilli mütəxəssislər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər 10 gün müddətində aşağıdakı sənədləri AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə (Bakı şəh., İstiqlaliyyət küç., 30) təqdim etməlidirlər:

-       tərcümeyi-hal (CV);

-       ali təhsil haqqında diplomun surəti;

-       elmi dərəcə və elmi adlar haqqında diplomların surəti (əgər varsa);

-       şəxsiyyət vəsiqəsinin surəti.

Əlaqə telefonu: (+994 12) 492 65 31;

E-mail: eti@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.