Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.11.2017 09:43
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər “Türk Dilində Danışan Ölkələrin Qurultayı”nda iştirak ediblər

Azərbaycanlı alimlər “Türk Dilində Danışan Ölkələrin Qurultayı”nda iştirak ediblər

Türkiyənin paytaxtı Ankarada “Türk Dilində Danışan Ölkələrin Qurultayı” keçirilib.

40 ölkədən 320 alimin iştirak etdiyi qurultay Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Tədris şöbəsinin müdiri Qətibə Quliyeva, həmçinin BDU, ADPU və BSU-nun 20-dən artıq əməkdaşı iştirak edib.

Konfransda akademik Möhsün Nağısoylu “Orta dövr Fars-Türk tərcümələrində dil uyğunluqları” mövzusunda məruzə ilə çıxış edib.

Qurultayın panel iclaslarında türkdilli mədəniyyətin yenidən canlandırılması, türkçülük ideologiyasının gücləndirilməsi, Beynəlxalq Türk Akademiyasının ortaq türk dili dərslikləri sahəsində apardığı islahatlar, Bosniya və Hersoqovinada türk dilinin qorunması və digər məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: