www.science.az
17.11.2017 09:13

"Kimya problemləri" jurnalı "Web of Science" elmi bazasına daxil edilib

2003-cü ildən nəşr olunan AMEA-nın Kimya Elmləri Bölməsinin "Kimya problemləri" jurnalının əsas məqsədi alimlərimizin tədqiqatları ilə dünya elmi ictimayətinin məlumatlandırıması və perspektivdə jurnalın məşhur elmi informasiya bazalarına daxil edilməsi olub.

Bu günədək jurnal - "CAS", "İndex Copernicus", "e.Library.ru", "CYBERLENİNKA", "VİNİTİ", "ResearchBib", "DRJİ", "ULRICHSWEB", "SİS", "The Journal İmpact Factor", "İİJİF", "Science Library İndex", "İAEA|İNİS", "WCOSJ", "AcademicKeys" kimi 15 müxtəlif biblioqrafik, referativ bazalarda və axtarış sistemlərində yerləşdilib.

Eyni zamanda, 2014-cü ildən jurnalın tərtibatı yüksək tələblərə uyğun hazırlanıb və "Web of Science" (Thomson Reuters) elmimetrik bazasına daxil edilməsi üçün ekspertizaya göndərilib. 2017-ci ilin oktyabr ayında "Kimya Problemləri" jurnalı "Web of Science" elmi bazasına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.