Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri” adlı monoqrafiya çapdan çıxıb
16.11.2017 16:16
  • A-
  • A
  • A+

“Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin aparıcı elmi işçisi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Məmmədovanın “Azərbaycanda sosial dövlət: inkişafı, perspektivləri” adlı monoqrafiyası çapdan çıxıb.

Nəşrdə sosial dövlət konsepsiyasının inkişaf istiqamətləri, sosial dövlətlə bağlı anlayışlar bazası araşdırılıb, sosial dövlət quruluşu dövlət idarəçiliyinin daha təkmil forması kimi səciyyələndirilib. 

Kitabın “Azərbaycanda sosial dövlətin inkişaf istiqamətləri” başlıqlı fəslində ölkəmizdə sosial institutların fəaliyyət istiqamətləri, vətəndaşların əmək hüquqlarının təmin edilməsi, sosial sığorta sistemi, qaçqınlar və məcburi  köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlətin həyata keçirdiyi sosial siyasətin əsasları araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: