www.science.az
16.11.2017 09:24

Azərbaycanlı geoloq alimlər Kiyevdə məruzələrlə çıxış ediblər

Ukraynanın paytaxtı Kiyevdə "Cənubi Qafqazda yer elmləri" layihəsinin yekun işçi görüşü keçirilib.

Fransa, Böyük Britaniya, Azərbaycan, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislərin qatıldığı beynəlxalq tədbirdə ölkəmizi Geologiya və Geofizika İnstitutunun şöbə rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, gənc alimlər – yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov, Fuad Əliyev və Tofiq Rəşidov təmsil ediblər.

Tədbirdə T.Kəngərli və F. Əliyev "Şimali və Cənubi Qafqaz mikroplitələrin aktiv psevdosubduksiya ərazisində tektonika və zəlzələlərin ocaq mexanizmləri", R.Səfərov “Qafqazın aktiv geodinamikası”, T.Rəşidov isə “Qobustan palçıq vulkanlarının GİS əsasında morfostruktur tədqiqi” adlı məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.