AMEA-nın İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işlərinin keyfiyyətini yüksəltmək və bu müəssisənin əməkdaşlarını stimullaşdırmaq məqsədilə müsabiqə elan olunur.
Müsabiqənin qaydalarına əsasən, institutun şöbə müdirləri 30 noyabr tarixinə kimi ümumi hesabatları, dekabrın 10-na qədər isə əməkdaşların yerinə yetirdikləri fərdi plan elmi-tədqiqat işlərini qiymətləndirərək yaradılmış müsabiqə komissiyasına təqdim etməlidirlər.
Qalib olan şöbələrə və əməkdaşlara fəxri diplom və institutun büdcədənkənar vəsaitləri hesabına pul mükafatları veriləcək.
Belə ki, şöbə hesabatları üzrə 1-ci yer 1500 manat, 2-ci yer 1000 manat, 3-cü yer 500 manat məbləğində mükafatlandırılacaq.
Fərdi planlar üzrə isə 1-ci yer 600 manat, 2-ci yer 400 manat, 3-cü yer 200 manat pul mükafatı qazanacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.