Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Genetik Ehtiyatlar İnstitutu Təbriz Universiteti ilə əməkdaşlıq edəcək
14.11.2017 09:32
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutu Təbriz Universiteti ilə əməkdaşlıq edəcək

İran İslam Respublikasının Təbriz Universitetinin Taxıl bitkilərinin molekulyar seleksiyası mərkəzinin rəhbəri, professor Seyyed Abolghasem Mohammadi AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olub.

GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovla görüşdə birgə əməkdaşlıq imkanları müzakirə edilib, gələcəkdə biostatistika və molekulyar seleksiya üzrə institutda bir həftəlik kursun təşkil edilməsi, birgə kadr hazırlığına başlanılması barədə razılıq əldə olunub.

S.A.Mohammadi, həmçinin institutda təşkil olunan seminarda “Ərzaq təhlükəsizliyi üçün kənd təsərrüfatı və ətraf mühitin harmoniyasında Genomika: Yüksək məhsuldar və stress amillərə davamlı buğda genotiplərinin yaradılması” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində Təbriz Universitetində molekulyar seleksiya üzrə alınan tədqiqatların nəticələrini nümayiş etdirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: