Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ədəbi proses” toplusunun dördüncü sayı çapdan çıxıb
13.11.2017 11:49
  • A-
  • A
  • A+

“Ədəbi proses” toplusunun dördüncü sayı çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Ədəbi proses” toplusunun dördüncü sayı çap olunub.

2016-cı ilin ədəbi yekunlarına həsr edilən nəşrdə ədəbiyyatın janrları ilə yanaşı, ədəbiyyatşünaslıq elminin ayrı-ayrı yönlərinə dair tədqiqatlar, ədəbi əlaqələr və publisistika haqqında məruzələr əksini tapıb.

Topluda, həmçinin AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylinin “Ədəbi prosesin bütövlüyü və elmi yetkinlik”, fil.ü.f.d. Elnarə Akimovanın “Ötən ilin ədəbi mənzərəsi: Gözləntilərimiz və reallıqlar”, fil.e.d. Cavanşir Yusiflinin “Ədəbi ilin yekunları. Poeziya–2016”, fil.ü.f.d. Qürbət Mirzəzadənin “2016-cı ilin ədəbi tənqidi bütün yönləri ilə”, fil.e.d., professor Asif Rüstəmlinin “Publisistika – hüdudsuz düşüncə imperiyası”, fil.ü.f.d. Aygün Bağırlının “Uşaq şeiri”, fil.e.d. Vüqar Əhmədin “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbi proses” və digər məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: