www.science.az
12.03.2014 00:00

AMEA Polimer Materialları İnstitutunun direktoru vəzifəsindən azad edildi

AMEA Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Abasqulu Quliyev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. AMEA Rəyasət Heyətinin bugünkü iclasında A.Quliyevin istefa ərizəsi təsdiq olunub.

Digər bir qərarla AMEA-nın müxbir üzvü Akif Əzizovseçki keçirilənədək Polimer Materialları İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.