Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Tanınmış yazıçı Yusif Əzizi Bənitorof Əlyazmalar İnstitutunda aparılan tədqiqatlarla maraqlanıb
06.11.2017 11:08
  • A-
  • A
  • A+

Tanınmış yazıçı Yusif Əzizi Bənitorof Əlyazmalar İnstitutunda aparılan tədqiqatlarla maraqlanıb

Suriya Yazıçılar İttifaqının və İran Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü, “Əl-ərabiyə” və “Əl-cəzirə” kanallarında mütəmadi olaraq respublikamızı təbliğ edən tanınmış yazıçı, tərcüməçi və tədqiqatçı Yusif Əzizi Bənitorof AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

İnstitutun sərgi salonunu gəzən qonaq qədim ərəbdilli əlyazmalarla, o cümlədən ayrı-ayrı şöbələrdə aparılan tədqiqat işləri ilə tanış olub. Burada Y.Ə.Bənitorofa əlyazmaların elektronlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, Yusif Əziz ərəb və fars dillərində 25 kitabın, yüzlərlə məqalənin müəllifidir. O, jurnalistika sahəsi ilə yanaşı, tərcüməçiliklə də məşğuldur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: