Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvanın sosial-iqtisadi inkişaf tarixindən bəhs edən dərslik çap olunub
06.11.2017 09:36
  • A-
  • A
  • A+

Naxçıvanın sosial-iqtisadi inkişaf tarixindən bəhs edən dərslik çap olunub

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı: tarixilik və müasirlik” adlı dərs vəsaiti çapdan çıxıb.

Kitabın müəllifi AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov və Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Flora Ələsgərovadır.

Əsərdə muxtar respublikanın inkişafı elmi cəhətdən əsaslandırılaraq təhlil edilib və müasir vəziyyəti qiymətləndirilib. Bundan əlavə, nəşrdə insan potensialının inkişafı, əmək ehtiyatlarından səmərəli istifadə məsələlərinin elmi əsaslandırılması, məşğulluq, turizm perspektivləri, xarici ticarətin stimullaşdırılması, ixracyönlü məhsullar istehsalı sahəsindəki təşəbbüslərin dəstəklənməsi kimi məsələlər əksini tapıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: