www.science.az
03.11.2017 11:05

Akademik Ramiz Məmmədov II Türkiyə-Azərbaycan Coğrafiya Günlərində iştirak edib

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İzmirdə keçirilən II Türkiyə-Azərbaycan Coğrafiya Günlərində iştirak edib.

Tədbirdə müxtəlif ölkələrin coğrafiyaçıları arasında elmi-tədqiqat mövzularının işlənilməsi, qrant layihələrinin həyata keçirilməsi, doktorant və dissertantların təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub.

R.Məmmədov Türkiyə-Azərbaycan Coğrafiya Günlərində görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun “Türk dünyası coğrafiyası” çoxcildliyinin yaradılması ideyasını həyata keçirmək təklifini irəli sürüb. Bu təşəbbüs qəbul olunub.

Qeyd edək ki, “Türk dünyası coğrafiyası” çoxcildliyinin hazırlanması üçün artıq İşçi Qrupu yaradılıb və onun altı nəfərdən ibarət tərkibi təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.