www.science.az
25.10.2013 00:00

Genetik Modifikasiya Olunmuş Bitkilər (GMOB) üzrə Ekspert Şurasının üzvləri Şəki-Zaqatala zonasında ekspedisiyada olublar

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura"nın tərkibində fəaliyyət göstərən “Genetik Modifikasiya olunmuş Bitkilər üzrə Ekspert şurası”-nın sədri, b.ü.f.d. Mehrac Abbasov (AMEA Genetik Ehtiyatlar İnstitutu) və şuranın üzvləri - b.ü.f.d. Elxan Əliyev (Kənd Təsərrüfatı Nazirliyi), b.ü.f.d. Ayaz Məmmədov (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi) və b.ü.f.d. Cavid Ocaqi (AMEA Genetik Ehtiyatlar İnstitutu) Şəki-Zaqatala zonasında ekspedisiyada olublar. Ekspedisiya respublikada yayılması ehtimal olunan geni dəyişdirilmiş bitkilərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə təşkil olunub.

 

Ekspedisiya zamanı bir çox bitkilərin toxum materiallarından analiz üçün nümunə götürülüb.

 

Şəki və Zaqatala rayon İcra hakimiyyətlərinin aqrar məsələlər üzrə müavinləri, ərazi kənd təsərrüfatı idarələrinin mütəxəssisləri, Aqrar Elm Mərkəzinin regional bölmələrinin və AMEA Genetik Ehtiyatlar İnstitutunun Şəki dayaq məntəqəsinin əməkdaşları ilə görüş keçirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.