www.science.az
02.11.2017 11:25

Mərkəzi Elmi Kitabxana tərəfindən “Vəhşi diviziya” adlı tarixi film hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Vəhşi diviziya” adlı qısametrajlı tarixi film hazırlanıb.

Filmdə Çar Rusiyası dövründə Azərbaycan və Qafqazın müsəlman xalqlarından formalaşdırılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin tatar (azərbaycanlı) alayının Birinci Dünya Müharibəsində iştirakından bəhs edilir.

“Vəhşi diviziya”da Feyzulla Mirzə Qovanlı-Qacar, Hüseyn xan Naxçıvanski, Nur bəy Sofiyev, Cəmşid xan Naxçıvanski kimi məşhur azərbaycanlı hərbçilər qulluq edib. “Vəhşi diviziya”nın tatar alayının hərbçiləri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında vacib rol oynayıblar.

Qeyd edək ki, “Vəhşi  diviziya” barədə tarixi araşdırma və sənədli filmlərin hazırlanmasına baxmayaraq, azərbaycanlıların bu hərbi qurumda rolu arxa planda qalıb. MEK film vasitəsilə azərbaycanlıların diviziyadakı qəhrəmanlıqlarını ön plana çəkməyə çalışıb. Film gələcəkdə bu mövzuda hazırlanması planlaşdırılan silsilənin birinci hissəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.