www.science.az
01.11.2017 09:28

“Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda konfrans keçiriləcək

2 noyabr 2017-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamına əsasən keçiriləcək konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Azərbaycan Tarix Qurumu və “Azərbaycan Tarixçiləri” İctimai Birliyidir.

Konfrans “1917-ci il Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Rusiya Müsəlmanlarının I Qurultayı”, “Oktyabr çevrilişi və Azərbaycan” və “Azərbaycan xalqının və Rusiya imperiyasının digər xalqlarının azadlıq hərəkatı” adlı dörd bölmədə fəaliyyət göstərəcək.

Tədbirdə Albaniya, Türkiyə, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və digər ölkələrdən alimlər iştirak edəcəklər.

Ünvan: Bakı şəhəri, H.Cavid pr., 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.