www.science.az
31.10.2017 10:45

Torpaq və Su Ehtiyatlarının İdarə Edilməsi və Ətraf Mühitin Mühafizəsi Problemləri üzrə Elmi Şuranın iclası keçirilib

AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Torpaq və Su Ehtiyatlarının İdarə Edilməsi və Ətraf Mühitin Mühafizəsi Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbirdə Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və AMEA-nın müxbir üzvü Amin İsmayılovun “Ətraf mühitin tədqiqində məsafədən zondlama texnologiyasından istifadə problemləri və NASA-nın regional layihələrində iştirak perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Məruzədə bu ilin sentyabr ayında Tbilisi şəhərində NASA-nın təşkilatçılığı ilə keçirilən “Qafqazda landşaftların uzun müddətli deqradasiyası” layihəsi barədə məlumat verilib. Bildirilib ki, tədbirdə R.Məmmədovun təklifi ilə “Kür hövzəsinin bitki və torpaq örtüyünün, biomüxtəlifliyinin qorunması və bərpası” mövzusunda birgə elmi tədqiqat işinin aparılması qərara alınıb.

Sonra iclasda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə 8 dissertasiya mövzusu müzakirə edilib. Onlardan 6-sı təsdiq edilib, 2 dissertasiya mövzusunun adında qismən dəyişiklik edilməsi barədə qərar qəbul olunub.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.