Noyabr ayının 3-də saat 14:00-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Beynəlxalq Əlillər Gününə həsr olunan “Duyğularımın rəngi” adlı gənclərin əl işlərindən ibarət sərginin açılışı olacaq.
Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi, Milli Azərbaycan Tarixi Muzeyi və 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.
Ünvan: Bakı şəh., Hacı Zeynalabdin Tağıyev küç., 4
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.