www.science.az
30.10.2017 16:40

Azərbaycan ərazisində aparılan seysmotomoqrafiya işləri müzakirə olunub

“Qafqazın seysmik şəbəkəsi: Böyük və Kiçik Qafqazın strukturu və üstəgəlməsi” proqramı çərçivəsində aparılan seysmotomoqrafiya işləri ilə bağlı Bakıya səfər edən ABŞ-ın Missuri Universitetinin professoru Sandvol Eric Alan AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olub.

Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşdə Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına dair müzakirələr aparılıb. Qonaq bu ilin may ayında başlayan layihə ilə bağlı görülən işlərlə tanış olacağını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.