Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fonduna yeni numizmatik materiallar daxil olub
30.10.2017 16:16
  • A-
  • A
  • A+

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fonduna yeni numizmatik materiallar daxil olub

Zaqatala bölgəsində aşkarlanmış Şirvanşahların gümüş dirhəmlərindən ibarət dəfinənin bir hissəsi AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə verilib.

Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.e.d., prof. Əli Rəcəblinin təyinatına əsasən, sikkələr şirvanşah V Məhəmməd (981-991) və III Yəzidin (991-1027) zərbinə mənsubdur. Şəxsi kolleksiyadan alınmış daha bir unikal sikkə - şirvanşah Qubadın (1043 – 1049) adından kəsilmiş gümüş dirhəmdir. Material Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran tarixi fakt kimi əhəmiyyət kəsb edir.

Eyni zamanda, Gəncə bölgəsində tapılmış Elxani gümüş dirhəmlərindən (XIII əsrin sonu – XIV əsrin əvvəli) ibarət dəfinənin və həmin ərazidə tapılmış Ağqoyunlu gümüş təngələrindən (XV əsrin II yarısı) ibarət dəfinənin natamam hissələri tarixi qaynaq və topoqrafik amil kimi dəyərlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: