Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” adlı beynəlxalq konfrans başa çatıb
30.10.2017 09:30
  • A-
  • A
  • A+

“Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” adlı beynəlxalq konfrans başa çatıb

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı, ABŞ-ın Lorens Livermor Milli Laboratoriyası, ABŞ-ın Enerji Departamenti və Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə Bakıda keçirilən “Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” mövzusunda beynəlxalq konfrans öz işini başa vurub.

Konfrans çərçivəsində beş gün davam edən treninq-seminarda iştirak edən seysmoloq alim və mütəxəssislərə zəlzələlərə dair məlumatların emalı üçün yeni proqramların tətbiqi öyrədilib. Seminar iştirakçılarına sonda konfransın təşkilatçılığını həyata keçirən qurumların rəhbərləri tərəfindən sertifikatlar təqdim edilib.

Xatırladaq ki, oktyabrın 23-də başlayan konfransda iyirmidən çox ölkədən seysmoloq-alimlər və mütəxəssislər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: