www.science.az
27.10.2017 14:41

Süni göllərdə yüksək ekoloji keyfiyyətə malik üç növ balıq yetişdirilib

AMEA-nın Zoologiya İnstitutu ölkəmizdə ekoloji təmiz məhsulların alınması istiqamətində apardığı eksperimentlər üzrə uğurlu nəticələr əldə edib. Belə ki, institutun Mingəçevir Elmi Təcrübə Dayaq Məntəqəsində aparılan tədqiqatlar nəticəsində ərazidəki göllərdə təbii şəraitə maksimum uyğunlaşdırılmış, parazitoloji analizdən keçirilmiş və yüksək ekoloji keyfiyyətə malik üç növ balıq yetişdirilib. Göllərdə naxa balığının da süni çoxaldılmasına başlanılıb.

Böyük elmi əhəmiyyətə malik bu tədqiqatlar zamanı yetişdirilən birillik çəki, ağ amur, qalınalın balıqlarının böyümə və inkişafının yem rasionundan, normativlərindən, parazit faunasından asılılığı öyrənilib.

Tədqiqat ölkəmizdə əmtəə balıqçılığının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Əldə edilmiş nəticələr respublika ərazisində göllərdə ekoloji təmiz balıqların yetişdirilməsinə yeni imkanlar yaradır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.