Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutunun (ÇETFİ) direktoru İvan Ştekl və bu müəssisənin keçmiş rəhbəri Stanislav Pospişil AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.
Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşdə ikitərəfli əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.
Sonra Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova mərkəzdə aparılan tədqiqatlar və görülən işlərə dair təqdimatla çıxış edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.