www.science.az
26.10.2017 12:18

“Təbii və sintetik ətirli üzvi birləşmələr” kitabı çap olunub

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları - AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanovun və  kimya elmləri doktoru, professor Elmira Süleymanovanın həmmüəllifi olduğu “Təbii və sintetik ətirli üzvi birləşmələr” kitabı çapdan çıxıb.

“Elm” nəşriyyatında çap olunan kitabda ətirli birləşmələrin tarixinə və üzvi kimyanın bir qolu kimi bu sahənin inkişafına dair məlumat verilib, müasir kimya elmində onun mövqeyi nəzərdən keçirilib. Bundan əlavə, yeni nəşrdə bir çox ətirli maddələrin müalicəvi, aromaterapik xassələri haqqında da məlumatlar əksini tapıb.

Kitab üzvi kimya sahəsində, xüsusilə ətirli və dərman maddələrinin sintezi və tədqiqi sahəsində ixtisaslaşan mütəxəssislər, habelə tələbə, magistr, doktorant və müəllimlər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.