www.science.az
26.10.2017 10:22

Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçiriləcək

2020-ci ildə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyətə başlamasının 100 ili tamam olur. Bu məqsədlə 2018-2020-ci illər ərzində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.

Bununla əlaqədar muzeyin rəhbərliyi, şöbə və fond müdirləri, həmçinin elmi işçilərin iştirakı ilə iclas keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək yubiley ərəfəsində qarşıda duran vəzifələr barədə danışıb, hazırlıq tədbirlərinin məqsəd və vəzifələrini açıqlayıb. Alim, həmçinin muzeyin daimi ekspozisiyasının təkmilləşdirilməsi barədə müvafiq tapşırıq verib.

Sonra t.ü.f.d. Səbuhi Əhmədovun sədrliyi ilə daimi ekspozisiyanın təkmilləşdirilməsi üzrə işçi qrupu təşkil edilib. Ekspozisiyaların 2008-2017-ci illər ərzində quruma daxil olan yeni eksponatlar hesabına, müasir muzeyşünaslığın tələblərinə uyğun həyata keçirilməsi barədə qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.