www.science.az
25.10.2017 17:41

AMEA-nın elmi müəssisələrində direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında elan

AMEA Rəyasət Heyəti aşağıdakı elmi  tədqiqat müəssisələrində direktor vəzifəsini tutmaq üçün seçki elan edir:

Biologiya və Tibb Elmləri Bölməsi üzrə:

AMEA-nın Botanika İnstitutu;

AMEA-nın Dendrologiya İnstitutu

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və ya elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın Biologiya və Tibb Elmləri Böl­məsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında müvafiq təqdimat;

- namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;

- kadrların şəxsi uçot vərəqəsi;

- tərcümeyi-hal;

- təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri;

- elmi əsərlərin iddiaçının işlədiyi elmi müəssisə tərəfindən təsdiq olunmuş siyahısı;

- 2 ədəd fotoşəkil (6 x 9 sm).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.