Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Geologiya İnstitutunun əməkdaşları Gürcüstanda beynəlxalq seminarda iştirak ediblər
17.03.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Geologiya İnstitutunun əməkdaşları Gürcüstanda beynəlxalq seminarda iştirak ediblər

AMEA Geologiya İnstitutunun əməkdaşları – Geotermiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoruAbdulvahab Muxtarov, elmi işçi Veysəl Məmmədov və mühəndis Ruslan SəfərovGürcüstanda beynəlxalq seminarda iştirak ediblər.

Tədbirdə A.Muxtarov “Azərbaycanın geotermal resursları” mövzusunda məruzə ilə çıxış edib. Seminar çərçivəsində gənc tədqiqatçılar üçün ABŞ-ın Lourens Livermor Milli Laboratoriyası, Lourens Berkli Milli Laboratoriyası və Templ Universitetinin geotermal enerji tədqiqatları sahəsində tanınmış alimlərinin iştirakı ilə təlim kursu keçirilib.

Azərbaycan alimləri burada ABŞ və Türkiyədən olan nümayəndələrlə əməkdaşlıq imkanlarını müzakirə edib, birgə tədqiqatlar üçün konkret istiqamətlər müəyyən olunub. Belə ki, Geologiya İnstitutunun Geotermiya şöbəsinin əməkdaşları ABŞ-ın Lourens Livermor Milli Laboratoriyasının alimi Con Ziagos ilə birlikdə neft mədənlərində geotermal enerji resurslarının qiymətləndirilməsi və bundan istifadə perspektivləri istiqamətində tədqiqat aparacaqlar. Geotermal resursların öyrənilməsi sahəsində Türkiyənin Hacəttəpə Universiteti ilə əməkdaşlıq perspektivləri də araşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: